Azərbaycan İdeyası

Hava kəskin dəyişəcək - Nazirlik xəbərdarlıq edir

Tarix:16-11-2015, 13:37
Baxış Sayı:413

Noyabrın 17-i Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir güclənən cənub-qərb küləyinin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə Bu barədə "Xəzər Xəbər"ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə duman olacağı, yağış yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Nazirlik həmçinin xəbərdarlıq edir ki, noyabrın 17-18-də ayrı-ayrı yerlərdə qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı və intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı