Azərbaycan İdeyası

Yunis Səfərovun məhkəməsinin vaxtı məlum oldu

Tarix:12-12-2019, 12:44
Baxış Sayı:125



Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

APA-nın məlumatına görə, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun icraatında keçiriləcək. Məhkəmənin hazırlıq iclası 2020-ci il yanvar ayının 7-ə təyin edilib.
Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Qeyd edək ki, 3 iyul 2018-ci il tarixdə Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Milli Məclisin iclası başladı - BÜDCƏ MÜZAKİRƏ OLUNUR
Milli Məclisin iclası başladı - BÜDCƏ MÜZAKİRƏ OLUNUR
Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ
Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ