Azərbaycan İdeyası

AQTA zəhərlənmə ilə bağlı çağırış edib

Tarix:19-12-2019, 11:28
Baxış Sayı:114




AQTA bəzi xəbər saytlarını qida zəhərlənmələri ilə bağlı təsdiq olunmamış məlumatlar yaymamağa çağırdı.
Bir müddət əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heç bir ekspertiza rəyi olmadan, səhhətində problem yaranmış şəxslərdən alınan ilkin məlumatlar əsasında bəzi xəbər saytlarında tələm-tələsik "qida zəhərlənməsi" başlığı altında yanlış məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq olunmuşdur.
AQTA sədri tələbə ölümündən danışdı - Qidadan zəhərlənməyib
Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, bütün bunlara baxmayaraq təəssüf ki, ötən həftə yenidən Qusarda bir ailənin 8 üzvünün və digər 3 nəfərin guya qidadan zəhərlənməsi ilə bağlı yanlış məlumatlar bəzi mətbuat səhifələrində yer alıb. Həmin hadisələrlə bağlı Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində, eyni zamanda Qusar Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş rəsmi məlumatda hər iki hadisənin qida zəhərlənməsi olmadığı öz təsdiqini tapıb. Məlum olub ki, həmin şəxslər xəstəxanaya həzm orqanlarında pozğunluqla bağlı müraciət ediblər və onlara ümumiyyətlə Rayon Mərkəzi Xəstəxanası tərəfindən qida zəhərlənməsi diaqnozu qoyulmayıb. Hər iki fakt üzrə müraciət edən şəxslərə simptomatik yardım göstərilib və stabil vəziyyətdə evə buraxılıblar. Son hadisələrdən də göründüyü kimi, faktlara söykənməyən və bu kimi yarımçıq məlumatların yayılması məsələyə qeyri-peşəkar yanaşmaqla yanaşı, ucuz reytinq qazanmaq və insanlar arasında yersiz təşviş yaratmağa hesablanıb.
Agentlik bir daha bəyan edir ki, istənilən halda ekspertiza rəyi olmadan hansısa yarımçıq məlumatın media vasitəsilə yayılması yolverilməzdir.
Bütün bunlar göstərir ki, bu kimi yanlışlıqların bir daha baş verməməsi üçün vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, kütləvi informasiya vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı