Azərbaycan İdeyası

Nazirlik məktəblərin birini 27, digərini 120 manatlıq odunla qızdırırlar - RƏSMİ

Tarix:9-01-2020, 13:44
Baxış Sayı:118


Yola saldığımız 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib ki, ölkə üzrə qazlaşdırma səviyyəsi 96%-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, ölkədə yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə hər il büdcədən milyonlarla manat vəsait ayrılır. Təkcə 2018-ci ildə bu məqəsdlə SOCAR-a 100 milyon manat vəsait ayrılıb. 2019-cu ildə isə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Təhsil Nazirliyinə 8,7 milyon manat ayrılıb. Lakin, ayrılan milyonlarla vəsaitə baxmayaraq rayonlarda yerləşən təhsil müəssisələrinin bir çoxu hələ də odunla qızdırılır.
Qeyd edək ki, dünən Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub. Tenderin qalibi "ATM GROUP" MMC olub. Bu şirkət 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları) tabe olan ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 5100 kub metr doğranmış quru odun üçün "ATM GROUP" MMC şirkətinə 293 min 377 manat 5 qəpik ödəyəcək. Bu həm də o deməkdir ki, Təhsil Nazirliyi quru odununun 1 kub metrini 57,5 manata satın alacaq.
"ATM GROUP" MMC 24.09.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 33/40, m. 2-də yerləşir. Açıq internet resurslarda barəsində heç bir məlumatın olmadığı bu şirkətin bu sahədə hansı təcrübəsinin olduğu da bilinmir.
Onu da bildirək ki, Təhsil Nazirliyi daha əvvəl də təhsil müəssisələri üçün odun yanacağı almaq üçün tenderlər keçirib. Açıq şəkildə görünür ki, bu tenderlər zamanı alınan odunların qiymətində kəskin fərqlər mövcuddur. Məsələn, ötən ay Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan məktəblər (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının ərazisində yerləşir) üçün odun almaq üçün "Təchizat-RA" MMC şirkətilə müqavilə bağlanılıb. Təhsil Nazirliyi 2500 kub metr quru meşə odunu üçün "Təchizat-RA" MMC şirkətinə 298 min 799 manat 60 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi Təhsil Nazirliyi quru meşə odununun 1 kub metrini 120 manata satın alacaq.
Maraqlıdır ki, Təhsil Nazirliyini dekabr ayında keçirdiyi tender müsabiqəsinin qalibi olan fərdi sahibkar Əliyev Şaban Məftun oğlundan (VÖEN-1402771392) alacağı quru meşə odunun 1 kub metri üçün 27 manat ödəyəcək. Üstəlik, Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan məktəblər (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının ərazisində yerləşir) üçün alınacaq odunun daşınma xərcləri də bu qiymətə daxildir.
9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin (Yevlax, Mingəçevir, Ağdaş və Bərdə rayonları) elan etdiyi tenderin qalibi isə "Eldar-2014" MMC olub. Təhsil Nazirliyi 2415 kub metr quru meşə odunu üçün "Eldar-2014" MMC şirkətinə 196 min manat 19 qəpik (1 kub metrini 81 manat) ödəyəcək.

OXŞAR XƏBƏRLƏR
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə