Azərbaycan İdeyası

BİR XƏSTƏXANA ÜÇÜN “DƏFTƏR ALMAĞA” 10 MİLYON AYRILIB?

Tarix:11-07-2019, 14:51
Baxış Sayı:202


Bəzi mətbuat orqanları hazırladıqları məqalələrə, o cümlədən maliyyə-iqtisadi mövzulara ciddi, məsuliyyətli və peşəkar yanaşmalı, dövlət qurumları haqqında mənfi rəy yaratmağa çalışmamalıdır.
Korrupsiya-q.az xəbər verir ki, bu sözləri Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev mediada yayılan Ucar Mərkəzi Xəstəxanası üçün avadanlıqların alınmasına 35 milyon manat xərclənməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. O bildirib ki, Ucar Mərkəzi Xəstəxanasına avadanlıqların alınması ilə bağlı göstərilən rəqəmlərin ilkin baxışda ən azı yüz dəfə şişirdildiyi məlum olur:
“Ötən gün mediada “Böyük tender talanı: Məntiqə sığmayan anomal xərclər” sərlövhəli məqalədə qeyri-dəqiq və absurd məlumatlar dərc edilərək ayrı-ayrı dövlət qurumlarının ünvanına əsasız ittihamlar səsləndirilib. Məqalədə Ucar Mərkəzi Xəstəxanası üzrə bəzi inventarların və avadanlıqların alınması ilə bağlı göstərilən rəqəmlərin ilkin baxışda ən azı yüz dəfə şişirdildiyi məlum olur.
Məsələn, məqalədə iddia olunur ki, Ucar Mərkəzi Xəstəxanasına bəzi inventarların alınması üçün 13 milyon 231 min manat, avadanlığın alınması üçün 11 milyon 748 min manat, dəftərxana və təsərrüfat malları alınması üçün 9 milyon 747 min manat ayrılıb”.
Nazirlik rəsmisi bildirib ki, 2019-cu ildə Ucar Mərkəzi Xəstəxanasına dəftərxana və təsərrüfat mallarının alınması üçün cəmi 89 min manat nəzərdə tutulub:
“Sual olunur, “2019-cuil dövlət büdcəsi haqqında” qanunda Ucar rayonu üzrə ümumilikdə xərclər 7 milyon 248 min manat təşkil etdiyi halda, təkcə rayon xəstəxanası üçün inventarların və avadanlıqların alınmasına üst-üstə 35 milyon manata yaxın vəsait necə xərclənə bilər?!
Məlumat üçün qeyd edim ki, 2019-cu ildə dövlət büdcəsinin səhiyyə xərclərində, Ucar rayon yerli xərcləri üzrə cəmi 2 milyon 935 min manat vəsait nəzərdə tutulub ki, həmin vəsaitin 2 milyon 76 min manatını və ya 70,7 faizini əməkhaqqı ödənişi ilə əlaqədar xərclər təşkil edir”.axar.az

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib