Azərbaycan İdeyası

“Sədərək” ticarət mərkəzində yanğından geri qalanlar - FOTOREPORTAJ

Tarix:18-02-2020, 15:50
Baxış Sayı:128

Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində güclü yanğın baş verib.
Korrupsiya-q.az xəbər verir ki, yanğın səhər saatlarında başlayıb.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə İdarəsinə məlumat səhər saat 07:39 radələrində daxil olub.
Müraciət əsasında ərazi üzrə Qaradağ Rayon Yanğından Mühafizə İdarəsinin 23 texnikası və 125 nəfər canlı qüvvəsi dərhal əraziyə yollanıb.
“Sədərək” ticarət mərkəzində qeydə alınan yanğının qiymətləndirilməsi aparılıb və hadisə ilə bağlı ikinci dərəcəli yanğın elan olunub. Yanğın təxminən bir saata qədər davam edib.
Dövlət Yanğından Mühafizə İdarəsinin qərargah rəisi Əkbər Novruzov hadisə yerində olub və mövcud vəziyyətlə bağlı ilkin açıqlamalar verib:
“Yanğın “Sədərək” ticarət mərkəzinin xüsusilə səkkiz və doqquzuncu cərgələrində qeydə alınıb. Ümumilikdə ticarət mərkəzinin 900-1000 kvadrat metrə yaxın ərazisi yanıb. İlkin olaraq yanğının hansı səbəbdən baş verdiyi məlum deyil”.
Eyni zamanda, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerinə gəlib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, “Sədərək” ticarət mərkəzində başlayan yanğın saat 09:05 söndürülüb.
Sahibkarların sözlərinə görə, yanğın dəri satılan mağazadan başlayaraq yaxınlıqdakı mağazalara keçib.
Yanğında sahibkarlara 100 min manatdan 1 milyon manata qədər ciddi maddi ziyan dəyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı

ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır

İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır

"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO

Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı