Azərbaycan İdeyası

Hacıqabulda narkotik alverçisi tutuldu - FOTO

Tarix:13-06-2020, 11:01
Baxış Sayı:497

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əldə edilmiş məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq daşımasında şübhəli bilinən Şirvan şəhər sakini Səbuhi Zülfiqarov saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd şəffaf polietilen bükümdə metamfetamin aşkar edilərək götürülüb. Eyni zamanda, S.Zülfiqarovun narkotiki 110 manat müqabilində Şirvan şəhər sakini Əliyusif Səfərovdan aldığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə Ə.Səfərov da saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun yaşadığı mənzilə baxış keçirilən zaman 12 qramdan artıq metamfetamin, 19 qramdan artıq tiryək, aqrotexniki qaydada qulluq edilmiş 22 ədəd çətənə kolu, həmçinin, qurudulmuş marixuana, çətənə bitkisinin toxumları və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı