Azərbaycan İdeyası

Yaralıların olduğu xəstəxananı polislər qoruyur

Tarix:27-11-2015, 16:33
Baxış Sayı:371

Yaralıların olduğu xəstəxananı polislər qoruyur



Dünən Nardaranda radikal ekstremistlərə qarşı keçirilən əməliyyatda baş verən atışma nəticəsində yaralanan şəxslər xüsusi qorumanın nəzarətindədir.
"Korrupsiya və Qanun" saytı Milli.Az a istinad olaraq xəbər verir ki, qafqazinfo-nun əməkdaşları yaralıların saxlandığı Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına baş çəkib.
Xəstəxananın girişi hüquq-mühafizə orqanlarının silahlı əməkdaşları tərəfindən mühafizə olunur. Xəstəxanada müalicə olunan digər şəxslərin yaxınları isə xüsusi yoxlamadan keçiriləndən sonra içəri buraxılır. Xəstə yanına gələnlərin çantaları, yemək gətirdikləri "kulok"lar xüsusi yoxlanılır, adamlar içəri bir-bir buraxılır.
Xəstəxananın ətrafında da təhülkəsizliyi qorumaq üçün Post Patrul Xidmətinin əməkdaşları növbə çəkir.
Hazırda xəstəxanada neçə yaralının olduğu açıqlanmır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı