Azərbaycan İdeyası

Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 3 uşaq hər iki valideynini itirib - HESABAT

Tarix:13-10-2020, 14:15
Baxış Sayı:101


Ombudsman Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hesabat yayıb.
Qafqazpress.az Xezerxeber.az-ın məlumatına görə,, hesabatda qeyd olunub ki, Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 3 uşaq hər iki valideynini itirib:
"Bununla da Ermənistan Respublikası iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”nın tələblərini kobud şəkildə pozub. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncədəki yaşayış məntəqələrini yenidən Ermənistan ərazisindən raket atəşinə tutması nəticəsinə baş verən insan tələfatları və dağıntılar Ermənistan Respublikasının öz təcavüzkar siyasətindən əl çəkmədiyini və növbəti dəfə yeni ərazilərimizi işğal etmək istədiyini bir daha aydın şəkildə sübut edir.
Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir və bu təcavüz aktı beynəlxalq təşkilatları, dünya dövlətlərini, milli insan hüquqları təsisatlarını düşündürməli, narahat etməli və işğalçı Ermənistan Respublikasına qarşı hüquqi sanksiyaların tətbiq edilməsi ilə bağlı konkret tədbirlərin görülməsi üzrə səylər göstərməyə vadar etməlidir”.
Bildirilib ki, Azərbaycanın dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın ölkəmizə qarşı bu hərbi təxribatları, insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına, yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olur:
"Buna görə də beynəlxalq təşkilatları və nüfuzlu dünya dövlətlərini ədalətli sülhün əldə olunması səylərinə zərbə vuran Ermənistan Respublikasından müharibə cinayətlərinə, mülki əhalinin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərinə, Azərbaycanın işğal altında olan bütün ərazilərinin işğalına qeyd-şərtsiz son qoymağı tələb etməyə və təcavüzkar Ermənistana münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər görməyə çağırırıq”.

OXŞAR XƏBƏRLƏR
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyevanın doğum günüdür
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
Vətəndaşlığı olmayan hamilə qadınların ABŞ-yə girişi qadağan edilə bilər
Vətəndaşlığı olmayan hamilə qadınların ABŞ-yə girişi qadağan edilə bilər
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət