Azərbaycan İdeyası

Sabiq vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxılıb

Tarix:2-08-2022, 12:03
Baxış Sayı:77

Sabiq vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxılıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş Kürdəmir Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov azadlığa buraxılıb.

"Korrupsiya və qanun" qəzetininın əldə etdiyi xəbərə görə, bununla bağlı Şirvan Apellyasiya Məhkəməsi qərar verib.

Hakim Elşad Əliyevin sədrlik etdiyi hakimlər heyəti ittiham olunan şəxsin çəkdiyi 2 il həbs müddətini yetərli hesab edərək, cəzasını 500 manat cərimə ilə əvəz edib.

Sərvər Məmmədov məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Xatırladaq ki, Sərvər Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında Kürdəmir rayonunda keçirilən əməliyyatla rayonun sabiq icra başçısı Ceyhun Cəfərov və digər vəzifəli şəxslərlə birgə həbs olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə cinayətlərində təqsirli bilinərək Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum olunmuşdu.

Korrupsiya və qanun

OXŞAR XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Prezident Mərakeş kralını təbrik edib
Prezident Mərakeş kralını təbrik edib
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı