Azərbaycan İdeyası

Şəmkirdə kəsilən ağac maşının üstünə düşdü, sürücü öldü

Tarix:30-05-2016, 14:47
Baxış Sayı:334

Şəmkirdə kəsilən ağac ölümə səbəb olub. Musavat.com Daxili İşlər Nazirliyinin saytına istinadən , rayonun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsib.

Kəsilən ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə düşüb. R.İsmayılov hadisə yerində ölüb.

K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Bundan başqa Bakı və Sumqayıtda da baş verən bədbəxt hadisələr ölümə səbəb olub. Paytaxtın Nizami rayonu ərazisində yaşayan 2 yaşlı Jalə İbrahimova evlərinin pəncərəsindən yıxılaraq ölüb. Uşaq 3-cü mərtəbədən düşüb.

Sumqayıt şəhər sakini Arzu Cəfərov pilləkənlərdən yıxılma nəticəsində aldığı xəsarətdən ölüb. Kişi yaşadığı evin pilləkənlərindən düşüb.

Adıçəkilən şəhərdə fəhlə işləyən Biləsuvar rayon sakini Məhəmməd Qurbanovun başına beton daşı düşüb. 6-cı mikrorayonda inşa edilən 13 mərtəbəli binada fəhlə işləyən Biləsuvar rayon sakini Məhəmməd Qurbanov 1-ci mərtəbədə olarkən beton daşı qırılaraq başına düşmüş və o, hadisə yerində ölüb.
 Şəmkirdə kəsilən ağac maşının üstünə düşdü, sürücü öldü

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı