Azərbaycan İdeyası

Dünya Azərbaycanlılarının Bakıdakı Qurultayında ilginc çağırışlar, mübahisə və müzakirələr - EKSKLÜZİV

Tarix:4-06-2016, 15:57
Baxış Sayı:669

“Məhəmməd Əmin Rəsulzadə də, Əlimərdan Topçubaşev də öz ciblərindən pul xərcləyirdilər, dövlətdən pul istəmirdilər”
 Dünya Azərbaycanlılarının Bakıdakı Qurultayında ilginc çağırışlar, mübahisə və müzakirələr - EKSKLÜZİV
İyunun 4-də Dünya Azərbaycanlılarının IV Qurultayı öz işini panel iclaslarında davam etdirib. Musavat.com-un qurultaydan verdiyi məlumata görə, “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar konteksində” mövzusunda keçirilən panel Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru, Ohayo ştatının Dayton Təhsil Şurasının rəhbəri Adil Bağırovun moderatorluğu ilə baş tutub.
 Dünya Azərbaycanlılarının Bakıdakı Qurultayında ilginc çağırışlar, mübahisə və müzakirələr - EKSKLÜZİV
İclasda müxtəlif ölkələrin siyasi elitaları və KİV-ləri ilə əlaqələrin vəziyyətindən, Azərbaycanın tərəfdaş və qeyri-tərəfdaş ölkələrdəki lobbiçilik fəaliyyətindən bəhs edilib.
 Dünya Azərbaycanlılarının Bakıdakı Qurultayında ilginc çağırışlar, mübahisə və müzakirələr - EKSKLÜZİV
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmayılova qeyd edib ki, son beş ildə dünyada mühüm geosiyasi dəyişikliklər baş verib. Dünyada son illər baş alan iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz inkişaf yolunu davam etdirib. Lobbiçilik haqqında danışan S.İsmayılova qeyd edib ki, lobbiçilik fəaliyyəti ən yüksək dairələrdə həyata keçirilməlidir. O qeyd edib ki, lobbiçilik fəaliyyəti Azərbaycan reallıqları üçün də zəruridir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərmək bizim qarşımızda duran ən ümdə vəzifə olmalıdır”.
 Dünya Azərbaycanlılarının Bakıdakı Qurultayında ilginc çağırışlar, mübahisə və müzakirələr - EKSKLÜZİV
Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov qeyd edib ki, avropalılar heç vaxt digər xalqların nümayəndələrini eyni səviyyədə görmək istəmirlər: “Lakin biz bu ölkələrin siyasi həyatında fəal rol oynamaqla, inam qazanmaqla, əlaqələrimizi genişləndirmişik. Diaspora diplomatiyasının gücləndirilməsi günümüzdə çox zəruridir. Çünki bir ölkənin vergi ödəyicisi olan azərbaycanlı peşəkar diplomatların edə bilməyəcəyini edə bilər”. Natiq Azərbaycanda üzləşdikləri problemlərdən də bəhs edib. Xüsusilə də gömrükdəki yoxlamalardan narazılığını dilə gətirib.
 Dünya Azərbaycanlılarının Bakıdakı Qurultayında ilginc çağırışlar, mübahisə və müzakirələr - EKSKLÜZİV
“Aziz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və ilk prezidenti, Fövqəladə və səlahiyyətli səfir İosif Şaqal da maraqlı çıxışı ilə diqqət çəkib. Vaxtilə Azərbaycanda yaşayan, burada təhsil alan, sonra isə İsrailə köçərək orada fəaliyyət göstərən, hətta İsrail parlamentinin deputatı seçilən İ.Şaqal Azərbaycana sıx bağlı olduğunu, övladlarının İsraildə doğulmasına baxmayaraq, Azərbaycanı sevdiklərini dedi. Ancaq təəssüflə qeyd etdi ki, xaricdə yaşayan insanlar Azərbaycan-Ermənistan münaqişəsinin tarixini bilmir. İ.Şaqal bildirib ki, lobbiçilik fəaliyyətində siyasi dairələrlə əlaqələrin qurulması da vacib olmalıdır. Onun fikrincə, hər hansı tədbiri keçirməklə yanaşı, Azərbaycan tarixi haqqında digər ölkə vətəndaşları, ən yüksək dairələri məlumatlandırmaq lazımdır: “Xaricdə yaşayan azərbaycanlılar ilk növbədə öz övladlarını Azərbaycan ilə bağlı məlumatlandırmalıdır”.
 Dünya Azərbaycanlılarının Bakıdakı Qurultayında ilginc çağırışlar, mübahisə və müzakirələr - EKSKLÜZİV
Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyib ki, lobbiçilik fəaliyyətində əlaqələndirmə çox güclü olmalıdır. Fransadakı Sağçılar Partiyasının üzvü olan Mirvari Fətəliyeva Fransada cəmi 7-8 min azərbaycanlının Paris, Strasburq, Marsel, Lill, Lion şəhərində yaşadıqlarını bildirib. Ona görə də Fransadakı təşkilatların sayının o qədər də çox olmadığını qeyd edib. “Təşkilatların koordinasiyası güclü deyil, bir-birimizin tədbirlərindən gec xəbər tuturuq”. Çıxışçı xanım Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patrez-İsmayılovaya xitabən koordinasiya məsələlərini həll etməyə çağırış etdi: “Birgə fəaliyyət olmadan nəyəsə nail olmaq çox çətindir. Başqa ölkədə doğulub boya başa çatan bir uşağın Azərbaycan haqda çox az məlumatlı olması bu gün qarşılaşdığımız vacib problemlərdəndir. Çünki Azərbaycanın himnini, tarixini bilməyən bir uşaqdan gələcəkdə hər hansı bir lobbiçilik fəaliyyəti gözləmək çox çətindir. Xaricdə yaşayan hər bir azərbaycanlı yaşadıqları ölkənin siyasi, ictimai həyatında da fəal rol oynamağa çalışmalıdırlar”.
 Dünya Azərbaycanlılarının Bakıdakı Qurultayında ilginc çağırışlar, mübahisə və müzakirələr - EKSKLÜZİV
Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə bildirib ki, bu gün Amerika Birləşmiş Ştatlarında lobbiçilik fəaliyyəti ölkədə müəyyən qanunlar çərçivəsində həyata keçirilir: “Lobbiçilik fəaliyyətinin təşkili zamanı müasir texnologiyaların imkanlarından da istifadə olunmalıdır. Belə ki, müəyyən portallar yaratmaqla, eyni zamanda, sosial şəbəkələrin imkanlarından istifadə etməklə də ölkəmiz haqqında informasiyaların yayılmasına nail ola bilərik”. C.Mollazadə deyib ki, ABŞ hökumətinin erməni lobbisinin təsiri altında olduğunu demək düzgün deyil. Onun sözlərinə görə, lobbi işini səmərəli qurmaq istəyiriksə, əlbəttə, öz işimizə tənqidi yanaşmalıyıq. Sözsüz ki, biz öz zəngin mədəniyyətimizi təbliğ etməliyik, ancaq bu, o demək deyil ki, senatorlarla görüşdə də mədəniyyətimizlə bağlı müzakirələr aparmalıyıq. C.Mollazadə dedi ki, ABŞ-da sözümüzü demək üçün kifayət qədər imkanlar var: “Ölkənin qapısı açıqdır, mən bir konqresmenə zəng edib onunla görüşmək istəsəm, problem olmadan məni qəbul edəcək”. C.Mollazadə ABŞ-da yəhudi lobbisi ilə sıx əməkdaşlıq etdiklərini bildirdi. Qeyd etdi ki, 1992-ci ildən ABŞ-da yaşayır və 90-cı illərlə müqayisədə bu gün Azərbaycan diasporu xeyli güclənib: “Mən hesab edirəm ki, Amerikada azərbaycanlıların federasiyası olmalıdır. Bu gün ABŞ hökuməti ilə bizim elə bir problemimiz yoxdur, çünki ABŞ və Azərbaycanın maraqları üst-üstə düşür. Ermənistanın bölgədəki siyasəti də Amerikaya zidd olan siyasətdir”.
 Dünya Azərbaycanlılarının Bakıdakı Qurultayında ilginc çağırışlar, mübahisə və müzakirələr - EKSKLÜZİV
Ukrayna-Azərbaycan Dostluq cəmiyyətinin sədri Murad Ömərov qurultayın keçirilməsinin önəmini qeyd edib. O, Ukraynada yaşayan azərbaycanlıların artıq lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu deyib. M.Ömərov bildirib ki, siyasətçilərlə, KİV ilə əlaqələr qurulub: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dairələrin düzgün məlumatlandırılması işi aparılır. Artıq bu gün dünyada dürüst azərbaycanlı imici formalaşdırılıb. Digər ölkələrin siyasətçiləri, alimləri, sadə vətəndaşları bizim reallıqları qəbul edirlər və bizə inanırlar”.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəziniin (ATXƏM) sədri İlham İsmayılov diaspor təşkilatlarını aktivliyə və birliyə səslədi: “Diaspora işində fikir ayrılığı olmamalıdır. Amma təəssüf ki, hətta hamımızın ən ağrılı məsələsi olan Xocalı soyqırımı ilə bağlı tədbir keçiririk, burada fikir ayrılığı olur, kimsə nəsə neqativ bir məqam axtarmağa çalışır. Biz ən xırda problemləri də öz aramızda həll edə bilmirik”. İ.İsmayılov öz tərəfindən diasporun inkişafı üçün addımlar atmağa hazır olduğunu vurğuladı: “Şəxsən mən Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı bir sıra işlərin həll olunması məsələsini öz üzərimə götürürəm. Amma bu gün dünya ölkələrində xeyli iş adamlarımız var, hər kəs öz dəstəyini verməlidir”.


Digər paneldə isə “Cəmiyyətdə inteqrasiya və siyasi həyatda iştirak” mövzusunda müzakirələr keçirildi. Milli Məclisin üzvü, professor Musa Qasımlı diasporun yeni olduğunu, çoxsaylı şəxsi problemlərin mövcudluğunu vurğuladı. Bildirdi ki, zahirən azərbaycanlı olanlarımız, amma əslində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatından bixəbər olanlarımız da az deyil: “Ermənilərdə isə vəziyyət fərqlidir”.M.Qasımlı soydaşlarımızın yaşadıqları ölkənin rəsmi, dövlət dilində saytlar açmasını, parlament, yerli və mərkəzi hakimiyyət orqanları ilə təmaslarını, yaşadıqları ölkələrdə daha çox gənclərlə təmas qurmalarını zəruri saydı. Bildirdi ki, dünya azərbaycanlılarının dövlətinin olması onların ən böyük üstünlüyüdür.

Müzakirələr zamanı Azərbaycan dövlətindən yardım istənilməsi, həmçinin diaspor təşkilatlarının fəaliyyətinə mane olmamaq üçün Azərbaycan dövlətinin xarici ölkələrə müraciət etməsi kimi təkliflər mübahisə doğurdu. Eyni zamanda, söz almaq uğrunda mübarizə mübahisəyə çevrildi.

“Azəri-Türk” Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı moderator Aygün Attarı ittiham edənlərə cavab verdi: “Bu xanım Türkiyədə və Avropada Azərbaycanın ən önəmli məsələlərinə, İrəvandan Qarabağın tarixinə qədər, kitabların müəllifidir, o kitablar tarixdə qalacaq”. Daha sonra isə T.Rüstəmxanlı ölkə prezidentini dəstəyə çağırdı: “Prezidentimiz qurultayın ilk günüdə aprel qalibiyyətindən danışdı. Hamımızın əlində telefon var, sosial şəbəkələrdə aktivik. Amma məni bir məsələ üzür. 50 milyonluq azərbaycanlının prezidentinin Tvitter-də cəmi 213 min təqibçisi var.

80 milyonluq Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 milyon təqibçisi var. Biz prezidentimizin arxasında 50 milyonluq azərbaycanlı olaraq durmalıyıq. Prezidentin çıxışı Tvitterdə qoyulub, xahiş edirəm bu gündən hamılıqla onu təqib edək”.

Krasnoyarsk Cəmiyyətinin sədri Ələkbər Əliyev “deyirlər ki, ölkələrdə inteqrasiya üçün problem var. Nə problem var? Mən özüm deputatlığa namizədliyimi vermişdim, heç bir problem yoxdur”.

İsveçdən gəlmiş Əjdər Tağızadə dedi ki, 21-ci əsr türk əsridir, Qərb öz proqramlarını türkə görə müəyyənləşdirir: “Niyə 35 milyondan artıq insan türk dilində danışa bilmir? Mən bu barədə hər zaman sözümü demişəm, deyəcəyəm də. Türkün bu gün varlığının böyük bir hissəsi Azərbaycanın güneyindədir. Milyonlar “Haray, haray, mən türkəm”, deyir”.

“Əslində bu gün dövlət məmurları da burda olmalı idi. Prezidentin strateji çıxışından sonra görüləcək tədbirlərlə bağlı taktiki məsələləri müzakirə etməli idik. Hər bir diaspora təşkilatı arxasında dövləti olduğu halda güclüdür. Biz arxalı olmasaq, güclü olmayacağıq”. Moskva Vilayəti Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayev çıxışı zamanı bunları söylədi və çıxışını tənqid üzərində qurdu. Rusiyada azərbaycanlıların assimilyasiya olunmaması üçün təkliflər verdi: “Biz orda layihələr həyata keçirmək istəyirik. Heç bir nazirlik, heç bir komitə bizim məktublarımıza cavab vermir. Bu gün Moskvada səfirliklə diaspor təşkilatları arasında problemlər yaşanır. Vətəndaşımız var, 1 ildir günahsız olaraq, səhvən həbsdə yatır, onun sənədlərini qaydasına salıb o adamı oradan çıxara bilmirik”.


Moderator Aygün Attar isə dedi ki, 30 ildir xaricdə yaşayır. Erməni və yəhudi lobbisi dövlətə yardım edir, dövlətdən maliyyə dəstəyi gözləmir: “Məhəmməd Əmin Rəsulzadə də, Əlimərdan Topçubaşey də öz ciblərindən pul xərcləyirdilər, dövlətdən pul istəmirdilər”.

A.Attar diaspor sahəsində problemlərin olduğunu vurğuladı: “Heç şübhəsiz ki, diaspor fəaliyyətimizdə problemlər var. Amma burdakı müzakirələrdən gördük ki, biz hələ öz aramızda dil tapa bilmirik. Belə olan halda təbii ki, xarici ölkələrə inteqrasiya olunmaqdan söhbət gedə bilməz”. A.Attar qurultaya dəvətlə bağlı Diaspor Komitəsinə yönəlik ittihamlara cavabında təklif etdi ki, növbəti dəfə hər kəs qurultaya öz xərci hesabına gəlsin və dəstək gözləməsin: “Görək o zaman burdakı müzakirələrə nə qədər insan qatılacaq”.

Qeyd edək ki, bu gün qurultay öz işini başa çatdıracaq.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq