Azərbaycan İdeyası

Azərbaycan Prezidenti erməni riyakarlığını bir daha sübuta yetirdi…

Tarix:13-10-2015, 17:27
Baxış Sayı:651

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış etdi.
Azərbaycan Prezidentinin çıxışında diqqət çəkən məqamlardan əsası ordu quruculuğu idi. Məlumdur ki, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2015-ci ildə ordu quruculuğu ən prioritet istiqamətlərdən biri və demək olar ki, başlıcası olub. Çünki Prezidentin də qeyd etdiyi kimi, ölkəyə qarşı təhdid və təxribatlar ara vermir və məhz buna görə də güclü ordu bunun qarşısını ala biləcək ən mühüm amildir. Prezident bununla bağlı düzgün qeyd etdi: "Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər".
Məhz buna görə də bu sahəyə vəsaitin ayrılması davam etdirilməli və yeni texnikanın, silah-sursatın alınması və təbii ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ən zəruri məsələlərdən biridir.
Prezidentin qeyd etdiyi əsas məsələlərdən biri də erməni təcavüzünün və təxribatının davam etməsi və beynəlxalq təşkilatların buna qarşı əməli bir addım atılmaması ilə bağlıdır. Cənab İlham Əliyev öz çıxışında haqlı olaraq bunu qeyd etdi: "Əfsuslar olsun ki, bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir. Ona görə, onlar azğınlaşıblar və bizə qarşı müxtəlif təxribatlara əl atırlar. Ancaq hər dəfə onların təxribatları iflasa uğrayır".
Yəni necə olur ki, ermənilər tarixi Azərbaycan torpaqlarında təcavüz və təxribatla məşğul olur, bizim ərazilərə hücumlar edir və təbii ki, itkilər verib sonra səs-küy yaradırlar? Bundan sonra da beynəlxalq təşkilatlar boş bəyanatlar verir. Yəni erməni əsgərin Dağlıq Qarabağ ərazisində hansı missiyanı yerinə yetirdiyi və nə işlə məşğul olması sualı açıq qalır. Bir sözlə, bizim tarixi torpaqlarımıza gələn çağırılmamış qonaqlar qovulmalı və ya məhv edilməlidir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, biz onların cəzasını verəcəyik. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik.
Beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan və özünü ərköyün uşaq kimi aparan havadarları hesabına cəfəngiyyat danışan Ermənistan rəhbərliyi ziddiyyətli bəyanatlarla çıxış edir. Cənab İlham Əliyev haqlı olaraq bununla bağlı qeyd etdi: "Erməni diktatoru hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verir. Bəyan edir ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bunu bütün dünya ictimaiyyəti, BMT belə qəbul edir və heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul etmir, müstəqil qurum kimi də qəbul etmir və qəbul etməyəcək".
Sarkisyanın çıxışında qeyri-adekvatlıq var. Dağlıq Qarabağ separatizmi, Xocalı soyqırımı və digər cinayətlər üzərindən Ermənistan rəhbərliyinə gələn keçmiş səhra komandirləri belə bəyanat verə bilər. Onların başqa çıxış yolu yoxdur, çünki ölkəsində iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik olan bir rəhbər və onun komandası ancaq bu kartla özünü müdafiə edə bilər, öz avantüralı çıxışları ilə ərazisində yerləşən Rusiya hərbi hissəsini münaqişəyə qatmağa can ata bilər. Artıq bunlar keçmir. Çünki ölkəsində hökm sürən xunta və diktatura rejimi Ermənistan xalqı üçün də təhlükəyə çevrilib. Cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Ermənistan xalqı da artıq buna dözə bilmir, bu kriminal, korrupsioner rejimdən bezib. Ermənistandan köç gedir. Vəziyyət o həddə çatıb ki, onlar indi Azərbaycana pənah gətirir, Azərbaycana gəlirlər.
Prezidentin çıxışında əsas məqamlardan biri də Ermənistanın, ümumiyyətlə, regional təhlükəsizliyə mənfi təsir göstərdiyi məqamları açıqlamaq idi. Azərbaycanın bu məsələdə müsbət rolunu hamı görür. Yəni bu gün hər hansı bir regional layihələri həyata keçirəndə bizimlə razılaşır, rəyimizi nəzərə alırlar.
Bu gün ermənilər pafoslu bəyanatlar versələr də, bir addım belə irəliləyişə nail ola bilmirlər. Səbəbi də Azərbaycan Prezidentinin dəqiq qeyd etdiyi kimidir: "Ermənistan daha da zəifləyəcək. Çünki inkişaf üçün Ermənistanda heç bir imkan yoxdur. Heç bir obyektiv amil yoxdur ki, Ermənistan bu diktatura rejimi altında inkişaf etsin. Biz isə öz yolumuzla gedəcəyik. Biz ilin sonuna qədər bütün vəzifələri icra edəcəyik. Gələn ili də əminəm ki, uğurla başa vuracağıq".

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq