Azərbaycan İdeyası

Bu gün axşam saatlarında Şabranda yol nəqliyyat hadisəsi baş verib.

Tarix:4-03-2015, 10:26
Baxış Sayı:633

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Opel Vektra” markalı avtomaşınla “VAZ 21010” markalı nəqliyyat vasitəsi toqquşması nəticəsində “Opel”in sürücüsü Xaçmaz rayonu, Bostançı kənd sakini Rəşidov Niyaz Sərkər oğlu və sərnişinləri Elsevər İbrahimov, Ruslan Didarov və Sahib Rəşidov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

“Opel”in sürücüsü isə qapalı kəllə beyin travması və beyin silkələnməsi diaqnozu ilə müalicəsini davam etdirir. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı