Azərbaycan İdeyası

ABŞ-dan Rza Zərraba zərbə - HÖKM OXUNACAQ

Tarix:16-06-2016, 22:04
Baxış Sayı:431

ABŞ-dan Rza Zərraba zərbə - HÖKM OXUNACAQ
ABŞ məhkəməsi Mayamidə həbs olunan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın 50 milyon dollar pul müqabilində azadlığa çıxma təklifini rədd edib.

Qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zərraba növbəti məhkəmə prosesində hökm oxunacaq. Bu barədə prokuror Prit Bharara Tvitter hesabında yazıb.

Qeyd edək ki, "New-York Times" nəşrinin müxbiri Benjamin Veyser bir müddət öncə Zərrabın vəkilinin məhkəməyə pul təklif etdiyini bildirib. Belə ki, vəkil 10 milyon dollar nəğd olmaqla məhkəməyə ümumilikdə 50 milyon dollar pul təklif edib. Bunun müqabilində Zərrab Nyu-Yorkda qalmalı, orada GPS naviqatoru vasitəsilə izlənməli və təhlükəsizlik xidmətinin əməkdaşları evinin qapısında 24 saat ərzində keçik çəkməli idi.

Xatırladaq ki, R.Zərrab həyat yoldaşı, müğənni Ebru Gündeşlə Mayamidə istirahətdə olarkən həbs olunub. O, ABŞ-ın İrana olan sanksiyaları nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bank hesabları ilə oynamaq, "çirkli pulların" yuyulması və digər maddələrlə ittiham olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı