Azərbaycan İdeyası

Maskalılar azərbaycanlı iş adamına hücum etdi

Tarix:17-06-2016, 19:09
Baxış Sayı:550

Maskalılar azərbaycanlı iş adamına hücum etdi
Ukraynanın Xarkov vilayətinin Moskovski rayonunda Azərbaycan vətəndaşı olan iş adamına silahlı hücum olub.

Xarkov Vilayəti Azərbaycanlılar Konqresinin sədri Qurban Abbasov APA-ya deyib ki, hücuma məruz qalan şəxs 1977-ci il təvəllüdlü, əslən Azərbaycan vətəndaşı, Qusar rayonunda anadan olmuş Bədəl Gülməmmədovdur.

Maskalı və silahlı şəxslər dünən axşam radələrində B.Gülməmmədovun qarşısını kəsərək pul tələb ediblər, rədd cavabı aldıqda isə onu əllərindəki silahın qundağı ilə döyüblər.

B.Gülməmmədova ağır xəsarətlər yetirən maskalılar onun üzərində olan 45 min dolları götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı zərərçəkənin şikayəti əsasında Xarkov polisində cinayət işi qaldırılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı