Azərbaycan İdeyası

Lənkəranda quldurluq edən şəxslər tutulub

Tarix:25-06-2016, 19:00
Baxış Sayı:347

Lənkəranda quldurluq edən şəxslər tutulub
Lənkəranda quldurluq edən şəxslər tutulub.

Qaynarinfo.az xəbər verir kik, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Virtualaz.org-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Elnur Əsgərov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Xatırladaq ki, iyunun 24-də Lənkəran şəhərində şirniyyat istehsalı ilə məşğul olan Rövşən Ağayevə məxsus ofisə açıq qalan qapıdan girən 3 maskalı şəxs orada işləyən Azər Babayevin əllərini iplə bağlayıb, onu və digər işçi Rəfail Əliyevi bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək oradakı seyfin açarını tələb etmiş, istədiklərinə nail olmadıqlarından A.Babayevin baş nahiyəsinə xəsarət yetirərək R.Əliyevin köməkliyi ilə seyfi 1-ci mərtəbəyə düşürüb, A.Babayev əllərini açıb səs-küy saldığından seyfi orada qoyaraq hadisə yerini “Nissan” markalı avtomobildə tərk ediblər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı