Azərbaycan İdeyası

Bakı metrosundakı problemin SƏBƏBİ

Tarix:30-06-2016, 19:03
Baxış Sayı:641

Bakı metrosundakı problemin SƏBƏBİ
İyunun 29-da Bakı metrosunun bəzi stansiyalarına girişdə problem yaranıb. Şahidlərin sözlərinə görə, təxminən saat 18:30 radələrində turniketlər xarab olub və sərnişinlər platformalara daxil olmaqda bir müddət çətinliklə üzləşiblər. Pik vaxtı olduğundan insanların çoxluğu girişdə sıxlığa və narahatlığa səbəb olub.

Məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev problemin nədən qaynaqlandığını belə açıqlayıb:

"Turniketlərin işləməməsi problemi eyni anda metronun bütün stansiyalarında yaşanıb. Bu, təxminən heç cəmi 1 dəqiqə də çəkməyib. Sadəcə həmin vaxt adam çox olduğundan girişdə sıxlıq yaranıb. Buna səbəb isə şəbəkədə yaranmış problem olub. Lakin mütəxəssislərimizin dərhal müdaxiləsindən sonra problem ən qısa müddətdə həllini tapıb".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı