Azərbaycan İdeyası

Stiven Hokinqi hədələyən qız həbs edildi - ŞOK SƏBƏB

Tarix:7-07-2016, 22:35
Baxış Sayı:327

Stiven Hokinqi hədələyən qız həbs edildi - ŞOK SƏBƏB
Hokinqin diqqətini çəkməyi bacarmayan Kontonionun sevgisi nifrətə çevrilib.

Böyük Britaniyalı alim Stiven Hokinqi ölümlə hədələyən gənc qız həbs edilib. "Qaynarinfo"-nun anspressə istinadən məlumatına görə, ABŞ vətəndaşı olan Cenni Kontonioya 4 ay həbs cəzası verilib.

74 yaşlı alimə sevgi mesajları yazan Kontonio buna qarşılıq ala bilməyəndən sonra Hokinqi ölümlə hədələyib. "Ya mənim olacaqdı, yada onu öldürəcəkdim" deyən qız verdiyi ifadədə alimi bir il əvvəl İsveçdə gördüyünü bildirib.

Daha sonra İspaniyada keçirilən elm festivalında Hokinqin diqqətini çəkməyi bacarmayan Kontonionun sevgisi nifrətə çevrilib.

Bunu bir xəstəlik halına çevirən gənc qız əvvəl alimi başdan çıxarmaq üçün əlindən gələni edib. Hokinqin həddindən artıq cazibədar olduğunu bildirən Kontonio onu əldə edə bilmədikdən sonra ölüm hədə-qorxularına başlayıb.

Hokinqin qızı Lusi atasına sosial mediyada "Sənə yaxınam və səni öldürə bilərəm",- deyə gələn mesajları gördükdən sonra polisə müraciət edib.

Həbs edilən Kontonioya Hokinqin evinə 500 metr yaxınlaşmaq və 8 ay ərzində alimə sosial şəbəkədə hər hansı bir mesaj yazmaq qadağan edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı