Azərbaycan İdeyası

Bəylər Əyyubovun şou-biznes qadağalı rəis qohumu işdən çıxarıldı

Tarix:7-07-2016, 23:16
Baxış Sayı:727

Bəylər Əyyubovun şou-biznes qadağalı rəis qohumu işdən çıxarıldı
Bir neçə gün əvvəl Criminal.az saytı Bakının Nərimanov rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovun şou-biznes nümayəndələri və idmançılarla sosial şəbəkələrdə yayılmış şəkillərinə görə rəhbərlik tərəfindən xəbərdarlıq edilməsi barədə xəbər vermişdik. İ.Əsədovun müğənni Gülay Zeynalovanın həyat yoldaşı, idmançı Kamil Zeynallı və digərləri ilə ayrı-ayrı restoranlarda şəkilləri paylaşılıb. Bu isə polis rəhbərliyi tərəfindən yaxşı qarşılanmayıb.

Bu gün isə İ.Əsədovun vəzifəsindən azad olunması xəbəri yayılıb. Reportyor.tv xəbər verir ki, daxili işlər naziri, generel-polkovnik Ramil Usubovun əmri ilə polis- polkovniki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi vəzifəsindən azad olunub.

Bunu da oxu: Bakının məhşur polis rəisinə şou-biznes qadağası - FOTO
İ. Əsədov ölkənin tanınmış polis zabitlərindəndir. O, Bakının bir neçə rayonunda polis rəisi vəzifəsini tutub. Onun bu vəzifədən azad edilməyi isə gözlənilməzdir. Çünki İsmayıl Əsədov bu vəzifəyə bir il öncə təyin ounmuşdu. Onun hansı vəzifəyə təyin olunacağı hələ bilinmir. Nərimanov rayon Polis İdarəsinin yeni rəisinin kim olduğu haqda da əlavə məlumat yoxdur.

Məlumat üçün bildirək ki, İ.Əsədov Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, general-polkovnik Bəylər Əyyubovun xalası oğludur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı