Azərbaycan İdeyası

Şəhid polkovniki niyə mükafata layiq bilmədilər? - SİRRİ JURNALİST AÇDI

Tarix:9-07-2016, 22:27
Baxış Sayı:460

Şəhid polkovniki niyə mükafata layiq bilmədilər? - SİRRİ JURNALİST AÇDI
Şəhid polkovniki niyə mükafata layiq bilmədilər? - SİRRİ JURNALİST AÇDI
Şəhid polkovniki niyə mükafata layiq bilmədilər? - SİRRİ JURNALİST AÇDI
"Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan bu polkovnik-leytenant Raquf Orucova heç bir mükafat verilmədi. Səbəblərini ölkədə çox adam bilir, ancaq kimsə dilinə gətirmək istəmir. Əgər Raquf Orucov həyatını bizim uğrumuzda qurban veribsə, biz niyə qorxub həqiqəti deməyək?" Koordinat.az xəbər verir ki, bu çağırış-müraciəti tanınmış jurnalist, vaxtilə şəhid polkovniki əsgəri olmuş Hacı Zamin özünün "Facebook" səhifəsində yazıb. Tanınmış jurnalist şəhid polkovnikin layiqincə qiymətləndirilməməsinə, onun fəxri adla təltif olunmamasına görə ordu rəhbərliyini günahlandırıb.

O, şəhid polkovnik Raquf Orucovun layiq olduğu şəkildə qiymətləndirilməməsinin səbəblərini artıq açıq şəkildə söyləməyin vaxt çatdığını da qeyd edir: "Mən açıq yazıram: bu adama mükafat verilməməsinin, ümumiyyətlə sağlığında da çox sıxışdırılmasının əsas baisi Müdafi Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovdur. Sadıqovun Orucova nifrətinin isə kökü var. Bir dəfə Orucov Sadıqovun hansısa əsgərin qanunsuz evə buraxılması (adı hissədə getsin, özü evdə) əmrini yerinə yetirməyibmiş. Təəssüf ki, orduda zabitlərin çoxu bu əhvalatı bilir, amma qorxudan səslərini çıxarmırlar. Çünki Nəcməddin Sadıqov çox kinli, əlindən hər cür pislik gələn şəxsdir. Heç kim başının ağrımasını istəmir. Ona görə də millət uğrunda başını qoyan oğullar adsız qalır".
Xatırladaq ki, Raquf Orucov 1990-cı ildə Ağdam rayonundan Sovet ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Cəmi 1 il Rusiyada xidmət edikdən sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatları eşidib və dərhal Azərbaycana qayıtmaq barədə qərar qəbul edib. Azərbaycana qayıtdıqdan sonra könüllü olaraq Ağdam rayonundakı özünümüdafiə batalyonuna yazılaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə atılıb.

Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub. Cəmi 42 il ömür sürməsinə baxmayaraq, Raquf Orucovun həyat və döyüş yolu çox zəngin və nüminəvi olub. O, həm də Azərbaycan Ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabiti, şəhid olan ilk hərbi hissə komandiridir.
Raquf Orucov şəhid olduğu günədək bir çox təltiflərə, o cümləndən Ali Baş Komandanın müvafiq fərmanları ilə "Hərbi xidmətlərə görə” və "İgidliyə görə" medallarına layiq görülmüşdü. Vəfatından sonra isə döyüşçü yoldaşları, ailəsi və onu yaxından tanıyanlar şəhid polkovnikin daha böyük fəxri adla təltif olunacağını gözləsələr də, bu, baş vermədi. Raquf Orucovun şəhid olmasından 3 ay keçib...

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı