Azərbaycan İdeyası

Ana və iki uşağı ilə yoxa çıxıb - FOTO

Tarix:9-07-2016, 22:38
Baxış Sayı:332

Ana və iki uşağı ilə yoxa çıxıb - FOTO
Qusar rayonunda ana və iki azyaşlı övladı itkin düşüb. RTV(REGION TV) xəbər verir ki, Qusar şəhər sakini Hacıyev Navai Qiyafəddin oğlu polisə ərizə ilə müraciət edərək həyat yoldaşı, 1986-cı il təvəllüdlü Mamedova Xəyalə Xanmusa qızının azyaşlı övladları - 2008-ci il təvəllüdlü Hakim Hacıyev və 2010-cu il təvəllüdlü Nərmin Hacıyeva ilə birlikdə itkin düşdüyü barədə məlumat verib.

Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, iyunun 17-dən yoxa çıxan şəxslərin yerini müəyyən etmək mümkün olmayıb.

Mamedova Xəyalə Xanmusa qızının əlamətləri: boyu 160 sm, qara rəngdə qısa saçları, uzunsifət, orta bədən quruluşlu, dişləri taxma olaraq sarı rəngində olan adi metaldan, uzun kiprikləri, qarabəniz, sol yanağında xalı var. Evdən çıxarkən əynində qısaqol don, ayağında cins parçadan olan idman ayaqqabısı olub.

Hacıyev Hakim Navai oğlunun əlamətləri: boyu 130 sm, sarı qısa saçları, mavi gözləri, yumrusifət, ağbəniz, sol qolunda və sinəsində qara rəngdə çox sayda xal var. Evdən çıxarkən əynində tünd göy rəngdə cins şalvar, uzunqol ağ-qara zolaqlı jaket, ayağında qara rəngdə idman ayaqqabısı olub.

Hacıyeva Nərmin Navai qızının əlamətləri: boyu 100 sm, qara gözləri, qara uzun kiprikləri, ağbəniz yumrusifət, qabaq alt və üst çənədə bütün dişləri çürüyüb. Bu şəxslər barəsində məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19, (050) 319 -68-86 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.
Ana və iki uşağı ilə yoxa çıxıb - FOTO
Ana və iki uşağı ilə yoxa çıxıb - FOTO
Ana və iki uşağı ilə yoxa çıxıb - FOTO

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı