Azərbaycan İdeyası

Sərxoş olub qarşı yola çıxdılar - VİDEO

Tarix:11-07-2016, 21:42
Baxış Sayı:435

Sərxoş olub qarşı yola çıxdılar - VİDEO
Kürdəmir rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirildi. EL TV (Region TV) xəbər verir ki, yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılaraq barələrində inzibati tədbirlər görüldü. İritutumlu marşrut avtobuslarını idarə edən sürücülərin tibbi müayinədən keçib-keçməmələri də yoxlanıldı. Sürücülərin əksəriyyəti müxtəlif bəhanələr gətirərək cərimələrdən yayınmağa cəhd etsələr də, bu baş tutmadı.

"Reyd zamanı 60-a yaxın inzibati protokol tərtib edilmişdir. Həmin protokolların içərisində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən, əks istiqamətdə hərəkət zolağına çıxmaqla ötmə manevri etmə qaydalarını pozan sürücülər və nəqliyyat vasitələrinin konstruksiyasına dəyişiklik eləyən sürücülər tərəfimizdən saxlanılıb. Həmin sürücülərə inzibati protokollar tərtib olunub", - deyə Kürdəmir YPX-nin baş inspektoru Zamiq Ağayev bildirib.

Bildirək ki, reydlərin bu ayın sonunadək mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı