Azərbaycan İdeyası

Bakıda 2 yaşlı qızın öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

Tarix:11-07-2016, 21:56
Baxış Sayı:430

Bakıda 2 yaşlı qızın öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
Dünən Bakı şəhərinin Pirallahı qəsəbəsində azyaşlı qızın ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq ölən Arzu Abışzadənin 2 yaşı keçən ayın 19-da tamam olubmuş. O, dünən özündən 2 yaş böyük qardaşı ilə mənzildə oynayırmış.

Uşaqlar yataq otağında hündürlüyə çıxıb özlərini yatağın üstünə ataraq əylənirmiş. Bu zaman pəncərəyə çıxan 2 yaşlı Arzu müvazinətini itirib və pəncərədəki qoruyucu tora tərəf yıxılıb. Pəncərəyə bərkidilmiş tor uşağın ağırlığından yerindən çıxıb və azyaşlı yerə yıxılıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 2 yaşlı qızcığazın pəncərədən necə düşdüyünü təkcə 4 yaşlı qardaşı görüb. Hadisə yerindən pəncərəyə quraşdırılmış qoruyucu tor götürülüb. Azyaşlılar oynayarkən onların anası evdə olub və məişət işlərini görürmüş. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, pəncərələrə bayırdan bərkidilən və ağcaqanadların evə dolmasının qarşısını alan qoruyucu torlar bir çox hallarda asanlıqla yerindən çıxır. Bəzən bu torlar güclü küləyin təsiri nəticəsində də yerindən boşalaraq düşür.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı