Azərbaycan İdeyası

Ata aylardır qızını zorlayıb, qız isə həmin anı videoya çəkib - BAKIDA RƏZALƏT

Tarix:11-07-2016, 21:58
Baxış Sayı:540

Ata aylardır qızını zorlayıb, qız isə həmin anı videoya çəkib - BAKIDA RƏZALƏT
Suraxanı rayonu Hovsan qəsəbəsi ərazisində tükürpədici hadisə baş verib. Suraxanı qəsəbəsində yaşayan 53 yaşlı kişi dəfələrlə 21 yaşlı qızı ilə cinsi əlaqədə olub. Gənc qız atasının ona etdikləri və cinsi əlaqədə olması barədə anasına bildirsə də, anası buna inanmayıb. Buna görə də o, riskli addım atmağa məcbur olub və atasının onunla necə cinsi əlaqədə olmasını lentə almağa qərar verib.

Yataq otağında quraşdırdığı kamera vasitəsi ilə bütün cinsi əlaqəni lentə alıb. Sonra lenti Suraxanı rayon 30-cu Polis Bölməsinə təqdim edib. Lentin surətini anasına və bacısına göstərib. İfşa olunan kişi evdən gedib və geri qayıtmayıb. Polis Bölməsi toplanmış materialları dərhal Suraxanı rayon prokurorluğuna təqdim edib.

Ata və övladı arasında olan cinsi əlaqənin görüntüləri acıq-sacıq və etik normalardan kənar olduğundan təqdim edə bilmirik. Prokurorluqdan APA TV -yə bildirdilər ki, hadisədə təqsirli bilinən 53 yaşlı şəxs dindirilib və sərbəst buraxılıb. Bildirildiyinə görə, 53 yaşlı ata bu ilin fevral ayından qızı ilə cınsi əlaqədə olmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı