Azərbaycan İdeyası

Bakıda nazirlik qarşısında etiraz aksiyası oldu - VİDEO

Tarix:11-07-2016, 22:13
Baxış Sayı:429

Bakıda nazirlik qarşısında etiraz aksiyası oldu - VİDEO
Bu gün bir qrup şəxs ünvanlı sosial yardım ala bilməməsini əsas gətirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb.

Criminal.az-ın ANS TV-yə istinadən məlumatına görə, onlar etirazlarını avtomobillərin hərəkətinə mane olmaqla bildirmək istəsə də, polis əməkdaşları bunun qarşısını alıb. Müxtəlif bölgələrdən gələn şəxslərin şikayətlərinin əsas səbəbi yeni sistem - ünvanlı sosial yardımın elektron yolla ayrılması olub.

Şikayətçilər bildiriblər ki, artıq iki aydır yardımlarını ala bilmirlər. Yeni sistem online şəkildə aparıldığından və bundan anlayışları olmadığı üçün bu yenilikdən yararlanmaqda da çətinlik çəkirlər.

Nazirliyin rəsmisi Elman Babayev isə bildirib ki, şikayətçilərin əksəriyyətinin yeni sistemdən anlayışı yoxdur. Bu sistemdə əsas məqsəd şəfafflığı təmin etmək və vətəndaşlara daha keyfiyyətli xidmət göstərməkdir. Əgər ünvanlı sosial yardım alan şəxs bu yardımdan məhrum olubsa, o, poçt vasitəsilə yenidən nazirliyə müraciət edə bilər. "Bəzən vətəndaşlar öz gəlirləri barədə düzgün məlumat vermirlər. Bu zaman dərhal imtina cavabı verilir. İmtinanın səbəbi barədə həmin şəxs məlumatları daxil etdiyi yerdən - şəxsi kabinetindən məlumat ala bilər. Yəni orada ətraflı şəkildə hansı səbəbdən imtina cavabı verildiyi barədə izahat verilir".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı