Azərbaycan İdeyası

Bakıda 20 yaşlı tələbə dənizdə boğuldu

Tarix:12-07-2016, 19:14
Baxış Sayı:321

Bakıda 20 yaşlı tələbə dənizdə boğuldu
Meyit ötən gecə ailə üzvlərinə təhvil verilib. Bakıda 20 yaşlı tələbə dənizdə boğulub. Criminal.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisində baş verib. Oğuz rayonunun Bucaq kənd sakini, Azərbaycan Texniki Universitetinin tələbəsi, 20 yaşlı Şaban İsgəndərli iyulun 5-də son imtahanını versə də, rayona qayıtmayıb.

Bakının Binəqədi rayonu ərazisində xalasıgildə yaşayan Şaban İsgəndərli valideynlərinə bildirib ki, bir fakültədən digərinə köçürülmək istəyir və bu səbəbdən Bakıda daha bir neçə gün qalmalıdır. İyulun 9-da 20 yaşlı tələbə xalasına dənizə getmək istədiyini bildirib. O, xalasının etirazlarına baxmayaraq, 60 qəpik götürərək evdən çıxıb. Meyit sudan çıxarıldıqdan sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə aparılıb.

Şaban İsgəndərlinin yaxınlarına xəbər verilib və onlar gənc tələbəni tanıyıblar. Meyit ötən gecə ailə üzvlərinə təhvil verilib və dəfn olunmaq üçün Oğuz rayonunun Bucaq kəndinə aparılıb.

Qeyd edək ki, Şaban İsgəndərli atasını tez itirib və anasının himayəsində qalıb.
Bakıda 20 yaşlı tələbə dənizdə boğuldu

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı