Azərbaycan İdeyası

Bank şəhid ailəsinin borcunu sildi

Tarix:13-07-2016, 13:00
Baxış Sayı:458

Bank şəhid ailəsinin borcunu sildi

“Bank of Baku” aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsinin kredit borcunu silib. Criminal.az saytı xəbər verir ki, bu barədə AzNews.az-a bankdan məlumat verilib. Bildirmək istəyirik ki, Bank of Baku şəhidlərimizin və qəhrəmanlarımızın ailə üzvlərinə dəstəyini heç bir zaman əsirgəməyib. Belə ki, 04 dekabr 2015-ci il tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həyatını itirən və itkin düşən 11 nəfər nefçinin və aprel döyüşlərində şəhid olan əsgərlərin Bank of Baku-da mövcud olan bütün kredit borcları bankın rəhbərliyinin qərarı ilə bağışlanmışdır.

Xəbərlərdə adı çəkilən Baxışov Seymur Qulamhüseyn oğlunun şəhid olması haqqında xəbəri əldə etdikdən sonra onun Bank of Baku-da olan bütün kredit öhdəlikləri tamamilə silinmişdir və borcunun bağışlanmasına dair məlumat ailəsinə təqdim olunmuşdur. Adı çəkilən şəhidimizlə yanaşı digər şəhidimizin, Orucov Müşviq Arif oğlunun anasının da bankın daimi müştəriləri sırasında olması xəbərini əldə etdikdən sonra, onun da kredit borcu Bank of Baku tərəfindən bağışlanmışdır. Şəhidimiz Baxışov Seymur Qulamhüseyn oğlunun anası Baxışova Zenfira Həsən qızının bankımızda olan kreditlərinin bağışlanması barədə qərar qəbul olunub və tez bir zamanda icra olunacaqdır.

Bunu da oxu:Bank şəhid ailəsinə təzyiq edir: "Bizə görə ölməyib ki..." - FOTO

Məlumat üçün bildirək ki, şəhidimizin atası Baxışov Qulamhüseyn İzzət oğlunun da Bankda olan kredit öhdəlikləri üzrə güzəştli şərtlər tətbiq edilmişdir və tamamilə bağlanmasına bank tərəfindən dəstək göstərilmişdir. Bankın əməkdaşının davranışına gəldikdə isə, bu məsələ ciddi araşdırılır və lazımi tədbirlər görüləcəkdir. Bank of Baku ailəsi olaraq vətən uğrunda şəhid olan hər bir qəhrəmanımız qarşısında baş əyir və ailə üzvlərinə səbr diləyirik. Qeyd edək ki, dünən sözügedən saytda şəhidin ailəsi "Bank of Baku" tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi:

“Kreditimizi hər ay ödəyirdik. Aprel ayında oğlum şəhid oldu. O vaxtdan sonra işləmədiyim üçün krediti ödəyə bilmirəm. Devalvasiyadan sonra götürdüyüm məbləğ təxminən 3000 manata yaxın olub. Onlar da mənə zəng edib, hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz, sizin haqqınızda hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Deyirəm ki, oğlum şəhid olub, maddi durumumuz çətinləşib, ona görə götürdüyümüz krediti qaytara bilmirik. Bank nümayəndəsinin cavabına baxın: “Nə olsun, bizə görə şəhid olmayıb ki... Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin”. Hələ üstümə qışqırır da. Bəs mənim uşağım kimə görə şəhid olub?”

OXŞAR XƏBƏRLƏR
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd

Qaçqınlar müəssisələrinin fəaliyyət göstərməsini istəyir: - “Azərneftyağ”-ın rəhbərliyinin isə məqsədi başqadır!
Qaçqınlar müəssisələrinin fəaliyyət göstərməsini istəyir: -  “Azərneftyağ”-ın rəhbərliyinin isə məqsədi başqadır!
Ali Məhkəmənin hakimləri - Ş.Hidayevi, A.Hüseynovu, Z.M.Quliyevi “NSN” kiçik müəssisəsinin təsisçilərinə qarşı xüsusi ağır cinayət əməlləri törətməyə kim və nə təhrik etmişdir?!
Ali Məhkəmənin hakimləri - Ş.Hidayevi, A.Hüseynovu, Z.M.Quliyevi “NSN” kiçik müəssisəsinin təsisçilərinə qarşı xüsusi ağır cinayət əməlləri törətməyə kim və nə təhrik etmişdir?!
“Baş prokurorluqdan Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır!...” (Həqiqətdə isə baxılmamışdır!!!) -
“Baş prokurorluqdan Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır!...” (Həqiqətdə isə  baxılmamışdır!!!) -
Hörmətli Kamran Əliyev, Əli Nağıyev, Vilayət Eyvazov cənabları!
Hörmətli Kamran Əliyev, Əli Nağıyev, Vilayət Eyvazov cənabları!
Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub+VIDEO
Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub+VIDEO
Paytaxtda məktəbin qarşısında qadının ŞAH DAMARINI KƏSDİLƏR
Paytaxtda məktəbin qarşısında qadının ŞAH DAMARINI KƏSDİLƏR