Azərbaycan İdeyası

“Şeş-Beş”in sahibinin sürücüsü öldürüb çaya atdılar

Tarix:14-07-2016, 10:19
Baxış Sayı:361

“Şeş-Beş”in sahibinin sürücüsü öldürüb çaya atdılar
Moskva çayından cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib. Criminal.az saytı xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məlum olub ki, ötən həftənin bazar günü cəsədi tapılan şəxs "Şeş-Beş" restoranlar şəbəkəsinin sahibi, tanınmış biznesmen Qeys Məmmədovun sürücüsüdür.

Azərbaycanlı sürücünün başından güllələnərək qətlə yetirildiyi, daha sonra torbaya qoyularaq Moskva çayına atıldığı bildirilib. Hüquq-mühafizə orqanları qətlin sifariş məqsədi ilə törədildiyi versiyasını üzərində dayanıb.

İstintaqdakı mənbənin verdiyi məlumata görə, qətl iş adamını qorxutmaq məqsədi ilə törədilib. Qeys Məmmədova son zamanlar kriminal aləmdən adamların təzyiq etdiyi bildirilir. Mənbənin ehtimalına görə, azərbaycanlı iş adamı yaxınlarına sui-qəsdin planlaşdırıldığından əvvəlcədən xəbərdar olub. Baş verən hadisədən sonra restoranın baş ofisində axtarış aparılıb, Qeys Məmmədov dindirilib. Hadisə ilə bağlı artıq ilk şübhəli şəxs saxlanılıb. Rusiya İstintaq Komitəsi həmin şəxslərin kimliyini açıqlamır.

Qeyd edək ki, Qeys Məmmədovun milliyyətcə azərbaycanlı olan sürücüsü Moskvanın qərbində öldürüləndən sonra ayağına ağır dəmir parçası bağlanaraq, Moskva çayına atılıb. Onun cəsədi atıldığı yerdən 7-8 kilometr uzaqda tapılıb. Cəsədi Moskva çayın yanından keçən piyada təsadüfən görüb. Qətlə yetirən şəxsin Rusiya vətəndaşı olduğu bildirilsə də, adı hələlik açıqlanmır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı