Azərbaycan İdeyası

Restoranda qız dostu ilə yemək yeyərkən öldürüldü - VİDEO

Tarix:14-07-2016, 10:23
Baxış Sayı:294

Restoranda qız dostu ilə yemək yeyərkən öldürüldü - VİDEO
Samsunda (Türkiyə) 37 yaşlı Umut Şimşək qız dostu ilə restoranda yemək yeyərkən qətlə yetirilib. "Xəzər Xəbər" Türkiyə mediasına istinadən məlumat verir ki, hadisə Canik mahalı Karşıyaka məhəlləsindəki bir restoranda baş verib.

Onlar yemək yeyən zaman restorana iki nəfər daxil olub. Bu zaman onlardan biri Umut Şimşəyə atəş açıb və hadisə yerini tərk edib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb və Şimşək xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Şimşəyin cənazəsi yarılma üçün Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Məlumata görə, qatil 6 dəfə atəş açaraq U.Şimşəyi qətlə yetirib. Cinayətin törədildiyi an təhlükəsizlik kamerasına düşüb. Kameranın görüntüləri əsasında araşdırmaya başlayan hüquq-mühafizə orqanları nəticə əldə ediblər. Artıq hadisəni törədənin şəxsiyyəti müəyyənləşib. Onun 17 yaşlı A.S.A. olduğunu dəqiqləşib. Hazırda polis şübhəlinin tutulması istiqamətində genişmiqyaslı axtarışlara başlayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı