Azərbaycan İdeyası

Kişi öz evinə od vurdu

Tarix:15-07-2016, 12:38
Baxış Sayı:409

Kişi öz evinə od vurdu
Salyanda yanğın hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhəri Ağa Mirbağır Ağazadə küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan Əli Nuriyevə məxsus fərdi yaşayış evi anidən alovlanaraq yanmağa başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 2 yanğınsöndürən maşın göndərilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, 3 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Psixi pozuntusu olan Əli Nuriyevin evi özü yandırdığı ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı