Azərbaycan İdeyası

Yerevanda hərbi çevriliş cəhdi: 1 general və 6 polis hələ də girovdur

Tarix:18-07-2016, 11:07
Baxış Sayı:375

Yerevanda hərbi çevriliş cəhdi: 1 general və 6 polis hələ də girovdur
Ermənistan xüsusi təyinatlılarının Yerevanda Daxili Qoşunların və polisin binasının zəbt olunmasından sonra keçirdikləri əməliyyat nəticəsində girovlardan ikisi azad olunub. Virtualaz.org bildirir ki, bu barədə “İnterfaks” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb. “Bir polis əməkdaşı həlak olub, ikisi yaralanıb. Girovlardan ikisi azad olunub”, - deyə Xidmətdən bildirilib.

Yeri gəlmişkən, “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyanın azadlığını tələb edən müxalifətçilərdən biri sosial şəbəkədə ələ keçirilmiş polis binasında çəkilən video yerləşdirib. Həmin videoda da silahlı adamlar Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb edirlər.

"Silahlı şəxslər Yerevanda Ermənistan polisinin yeddi əməkdaşını girovluqda saxlayır". "Report" xəbər verir ki, bunu erməni parlamentinin müxalifətdən olan deputatı, qiyamçıların ələ keçirdiyi post-patrul xidmətinə baş çəkmiş Nikol Paşinyan deyib. Onun sözlərinə görə, girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var. Qiyamçılar daha bir polisi səhhətində problemin olması səbəbilə girovluqdan buraxıblar. "Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyəti xalqa təhvil verlməsini tələb edir", - deyə deputat qeyd edib. Deputat vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına cavab olaraq sonadək mübarizə aparmağa kökləniblər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı