Azərbaycan İdeyası

Narkobaronlarla polis arasında atışma - AZƏRBAYCANDA

Tarix:18-07-2016, 14:47
Baxış Sayı:549

Narkobaronlarla polis arasında atışma - AZƏRBAYCANDA
Polis müqavimət göstərənlərə silah tətbiq etdi Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Criminal.az-a verilən məlumata görə, iyulun 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub. Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində tutularkən, o, idarə etdiyi “Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib.

Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan 1 dəfə atəş açaraq K.Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib. K.Məmmədov tutulub və idarə etdiyi avtomobilə baxış zamanı 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı