Azərbaycan İdeyası

Səs-küylü cinayət işinin prokuroru həbs edildi

Tarix:18-07-2016, 14:48
Baxış Sayı:341

Səs-küylü cinayət işinin prokuroru həbs edildi
Türkiyədə hərbi çevriliş cəhdindən sonra həbs olunan çoxsaylı prokurorlar arasında ötən illərin səs-küylü “Ergenekon” istintaqını aparan prokuror da var. APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, “Konstitusiya quruluşunu dəyişməyə cəhd” ittihamı ilə başlanan cinayət işi çərçivəsində Düzcə vilayətində saxlanılan 13 prokurordan 5-i haqqında həbs qərarı çıxarılıb.

Onların arasında “Ergenekon” cinayət işi çərçivəsində bir vaxtlar çoxlu sayda yüksək rütbəli hərbçinin həbsinə sanksiya vermiş Osman Şanal da var. O. Şanal həbs qərarının verildiyi məhkəmə binasından çıxarılarkən “mən cümhuriyyət prokuroru Osman Şanalam. Mənə bu davranışı rəva görənləri millətimə həvalə edirəm. Həbsimə sanksiya verənlərdən şikayətçi olacağam”, deyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı