Azərbaycan İdeyası

Özü yaşda oğlanın anasını sevirmiş, sonda isə... - SEVGİ FACİƏSİ

Tarix:21-07-2016, 10:27
Baxış Sayı:365

Özü yaşda oğlanın anasını sevirmiş, sonda isə... - SEVGİ FACİƏSİ
İsmayıllı Rayon Prokurorluğu sevdiyi qıza görə özünü yandıran gəncin intihar olayına aydınlıq gətirib. Criminal.az saytı azxeber.com-a istinadən bildirir ki, prokurorluqdan verilən məlumata görə, Elnur Dəmirov İsmayıllı xəstəxanasında olanda polisə izahat verib və manqalın üstünə yıxılıb yandığını deyib:

"Burada vəziyyəti ağırlaşdı, Bakıya apardılar. Vəziyyəti pis olsa da, ağlı başında idi, danışırdı. Dedi ki, özünü öldürmək kimi bir niyyəti olmayıb".

Prokurorluqdan onu da əlavə ediblər ki, E.Dəmirovun sevdiyi qızı ona verməmələri ilə bağlı yayılan məlumatlar şayiədir: "Orada başqa məsələlər var. Elnur bir qadına vurulub, onun da 40 yaşı var. Həmin qadının da Elnur boyda uşağı var. Elçiliklə bağlı yayılan məlumatlar hələ ki təsdiqini tapmayıb. Bütün bunlar araşdırılacaq və onun yanmasının əsl səbəbi sonra bilinəcək".

Qeyd edək ki, İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Rayon sakini, 29 yaşlı Elnur Dəmirov özünü yandıraraq həyatına qəsd edib. Ağır yanıq xəsarətləri alan gənc Respublika Yanıq Mərkəzinə gətirilib. Vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı