Azərbaycan İdeyası

15 min dollarlıq üzüyü 550 manata, 27 min dollarlıq saatı 2700 dollara satıb - BAKIDA CİNAYƏT

Tarix:21-07-2016, 10:31
Baxış Sayı:304

15 min dollarlıq üzüyü 550 manata, 27 min dollarlıq saatı 2700 dollara satıb - BAKIDA CİNAYƏT
Xəzər rayon polis idarəsinin əməliyatçıları iyul ayının 12 baş vermiş oğurluq hadisəsinin üstünü açıb. Criminal.az saytı gununsesi.info-ya istinadla xəbər verir ki, iyulun 12-si Xəzər rayon polis idarəsinə ərziə ilə müraciət edən Buzovna qəsəbə sakini Mirxəlil Cəlilov ona məxsus evdən bahalı qızıl saat və üzük oğurlanması barədə məlumat verib.

İşin istintaqın aparan müstəntiqi Rəisə Rüstəmlinin sözlərinə görə, oğru evə daxil olanda Mirxəlil Cəlilov otaqlardan birində yatıb. Oğurluq hadisəsinin törətməkdə şübhəli bilinən Laçın rayonu Qaraqışlaq kəndində qeydiyyatda olan 25 yaşlı Tural Əsgərovu əməliyatçılar iyulun 18-də saxlayıb.

Saxlanılan zaman Tural oğurluq hadisəsini törətdiyini etiraf edib. Əsgərovun sözlərinə görə, hadisə baş verən gün gecə saat 4-də Buzovnada dəniz kənarındakı çayxanalardan birindən çıxıb evlərinə yollanıb. Küçə ilə gedərkən, hündür hasara alınmış evlərdən birinin darvazasının açıq olduğunu görüb. İçəri daxil olanda həyətdə saxlanılan iki avtomombilin arasından keçərək evin pəncərəsinə yaxınlaşıb.
15 min dollarlıq üzüyü 550 manata, 27 min dollarlıq saatı 2700 dollara satıb - BAKIDA CİNAYƏT
Evdən qızıl saatla üzüyü götürən Tural sakitcə çölə çıxıb. İyul ayının 12-də üzüyü şəhərdə fəaliyyət göstərən lombardlardan birinə gətirib. Lombard sahibi üzüyün üzərində qaşın briliyant olmasını bildirmədən qızılı xam mal kimi qəbul edib. 15 min dollar dəyəri olan üzüyü 550 manata satandan sonra Tural yaxın tanışının vasitəsi ilə saatı da tanımadığı bir nəfərə satıb. 27 min dollar qiymtəi olan saatı 2700 dollara alan adamı Tural Əsgərov tanımadığını bildirib.

Lombarda təhvil verilən üzük polis əməkdaşları tərəfinfən aşkar edilərək götürülüb. Qızılı qəbul edən isə brilyant qaşı üzüyün üstündən ayıraraq qızılı əridməyə hazırlaşırmış. Polisdən verilən məlumata görə, qızıl saatı alan adamda artıq müəyənləşdirilib.

İndi peşman olan Tural Əsgərov deyir ki , “Bu mənim birinci və sonuncu oğurluğum”. Nəfsinə qalib gələ bilməməsindən peşman olan Əsgərov zərərçəkmişdən üzr də istəyib. Ancaq bu peşimançılıq Turalı cinayət məsuliyyətindən azad etməyəcək. Baş vermiş faktla əlaqədar Xəzər rayon polis idarəsində Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR
Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR
TƏBİB-in bıçaqlanan əməkdaşının SON DURUMU
TƏBİB-in bıçaqlanan əməkdaşının SON DURUMU
TƏBİB-in xanım işçisi BIÇAQLANDI - YENİLƏNİB
TƏBİB-in xanım işçisi BIÇAQLANDI - YENİLƏNİB
Təşvişə düşməyin! - Xəbərdarlıq
Təşvişə düşməyin! - Xəbərdarlıq
Putin sabah ad gününü necə keçirəcək?
Putin sabah ad gününü necə keçirəcək?
14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi
14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi