Azərbaycan İdeyası

Bakıda qadını borca görə ölümcül döydülər

Tarix:21-07-2016, 10:36
Baxış Sayı:436

Bakıda qadını borca görə ölümcül döydülər
Bakının Yasamal rayonunda qanlı hadisə baş verib. Hadisə Həsən bəy Zərdabi küçəsi, 61 ünvanında qeydə alınıb. Orada yaşayan 48 yaşlı Lalə Fətullayeva evində Yaşar adlı tanışı tərəfindən döyülüb. Hadisəyə borc pul mübahisəsi səbəb olub. Lalə Fətullayeva Yaşar adlı tanışından aldığı borcu vaxtında qaytara bilməyib. Lalənin yaşadığı evə gələnə Yaşar pulunu tələb edib.

Lalə Fətullayeva pulu qaytara bilməyəcəyini dedikdə Yaşar onu döyüb. Qadın aldığı zərbələrdən huşunu itirərək yerə yıxılıb. Yaşar Lalə Fətullayevanın öldüyünü zənn edib. O, daha sonra DİN-in 102 qaynar xəttinə zəng edərək adam öldürdüyünü bildirib. Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları hadisə yerini müayinə edən zaman Lalə Fətullayevanın sağ olduğunu müəyyən ediblər.

Çoxsaylı xəsarətlər alan Lalə Fətullayevaya xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Xəsarətləri ağır olan Lalə Fətullayeva reanimasiya şöbəsinə yerləşdirilib. Yaşar adlı şəxs isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. (Musavat.com)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı