Azərbaycan İdeyası

Əcnəbi Azərbaycan generalının imzasını saxtalaşdırdı - ŞOK CİNAYƏT

Tarix:21-07-2016, 10:41
Baxış Sayı:313

Əcnəbi Azərbaycan generalının imzasını saxtalaşdırdı - ŞOK CİNAYƏT
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Miqrasiya Xidməti ilə qarşılıqlı əlaqəli şəkildə ölkəmizin beynəlxalq nüfuzuna və milli maraqlarına xələl gətirən, bərqərar olmuş hüquq sisteminə və miqrasiya tənzimləmə münasibətlərinə zərbə vurmağa cəhd edən xarici ölkə vətəndaşı tərəfindən törədilmiş cinayət əməllərini ifşa edib. Baş Prokurorluqdan Criminal.az-a daxil olan məlumata görə, Çexiyada daimi yaşayan xarici ölkə vətəndaşı aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən və sosial şəbəkələrdə yayılmış foto şəkillərindən qanunsuz istifadə edərək saxta adla özünü Azərbaycan vətəndaşı kimi təqdim edib.

Həmin şəxs sosial şəbəkələr vasitəsi ilə tanış olduğu Almanya vətəndaşını evlənmək adı ilə aldadaraq Dövlət Miqrasiya Xidməti rəisinin imzasını və digər rəsmi sənədləri saxtalaşdırmaqla, eyni zamanda Azərbaycan ərazisindən çıxmaq və xarici ölkədə yaşamaq üçün Azərbaycandakı şəxsi bank hesabında 9 min 500 avro məbləğində pul vəsaitinin olması barədə mövcud olmayan qanunvericilik normalarına istinad edərək onun 4 min 140 аvro məbləğində pulunu Çexiyada açdığı bank hesabına köçürtməklə ələ keçirib.

Bundan başqa, həmin şəxs eyni məqsəd və üsulla Böyük Britaniya və Şimali İrlandiya Krallığı vətəndaşını da aldadaraq 12 min 500 funt sterlinq məbləğində pulunu ələ keçirməyə cəhd edib.

Beləliklə, aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi və həmin əməllərə cəhd edilməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib