Azərbaycan İdeyası

Göygöl Milli Parkının əməkdaşları döyülüb

Tarix:22-07-2016, 12:22
Baxış Sayı:332

Göygöl Milli Parkının əməkdaşları döyülüb
Ötən gün saat 07:30 radələrində Göygöl Milli Parkının nəzarət-buraxılış məntəqəsində bir neçə şəxs tərəfindən parkın işçilərinə qarşı fiziki təzyiqlər olub.

Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, şəxsiyyətləri hələlik məlum olmayan şəxslər Göygöl Milli Parkına girmək üçün nəzarət-buraxılış məntəqəsinə daxil olub. Nəzarət-buraxılış məntəqəsində növbədə olan Milli Parkın əməkdaşı Müşfiq Atayev qanunvericiliyə uyğun olaraq Milli Parka turistlərin buraxılış saatının 9:00-dan başlandığını izah etməyə çalışsa da, həmin şəxslər tərəfindən təhqir edilib, vəzifə səlahiyyətini yerinə yetirən dövlət nümayəndəsinə qarşı zor tətbiq olunub və döyülüb. Nəticədə Milli Parkın əməkdaşı müxtəlif ağır xəsarətlər alıb.

Hadisədən xəbər tutan Milli Parkın digər mühafizə yegeri Osman Mustafayev zorakılıq göstərən şəxsləri sakitləşdirməyə cəhd edərkən o da fiziki təzyiqə məruz qalıb, deşici alətlə qoluna xəsarət yetirilib, baş nahiyəsinə isə kətil vasitəsilə zərbə endirilib. Milli Parkın əməkdaşlarına qarşı zorakılıq göstərən şəxslər bundan sonra hadisə yerindən qaçıb.

Göygöl Milli Parkının xəsarət alan əməkdaşları müvafiq yardım alınması və xəsarətlərinə ekspert rəyi verilməsi üçün xəstəxanaya müraciət edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?