Azərbaycan İdeyası

Son 5 ayda 39 nəfər dərmandan zəhərlənib

Tarix:12-10-2015, 14:10
Baxış Sayı:479

Son 5 ayda 39 nəfər dərmandan zəhərlənib

Son 5 ay ərzində Azərbaycanda qeydə alınan dərman zəhərlənmələrinin sayı açıqlanıb.
Korrupsiya və Qanun qəzeti Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Lent.az-a açıqlamasında bildirib ki, ötən ay ərzində 14 nəfər dərmanların əks təsirləri, allergik reaksiyası şikayəti ilə Toksikologiya şöbəsinə müraciət edib.
Ötən həftə ərzində isə Toksikologiya şöbəsinə bununla bağlı 8 şikayət daxil olub. A.Maqsudov dərmanlardan zəhərlənmələrin daha çox antibiotik və polivitaminlərin təsirindən baş verdiyini qeyd edib.
Ümumilikdə isə son 5 ayda dərmanların əks təsirləri və alergik reaksiyası ilə bağlı 39 şikayət daxil olub.
A. maqsudov deyib ki, havaların soyuması ilə əlaqədar dəm qazından zəhərlənmə halları da müşahidə olunub. Ötən həftə ərzində 2 dəm qazından zəhərlənmə hadisəsi baş verib. A. Maqsudovun sözlərinə görə, şikayətçilər elə də ağır vəziyyətdə olmayıblar.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı