Azərbaycan İdeyası

Dələduzlardan özünü necə qorumaq olar?

Tarix:3-08-2016, 10:08
Baxış Sayı:391

Dələduzlardan özünü necə qorumaq olar?
Son vaxtlar ölkədə dələduzluq hallarının sayının artması müşahidə olunur. Buna səbəb nədir? Bu cür halların qarşısını almaq üçün nə etmək lazımdır? Mətbuatda çoxsaylı insanların fırıldaqçıların qurbanına çevrilməsi xəbərlərinə tez-tez rast gəlirik. “Peşəkarlar” müxtəlif yollarla insanların ciblərinə girir, onları aldatmağa müvəffəq olurlar.

Dələduzların toruna isə təkcə sadə vətəndaşlar düşmür. Qurbanların sırasında ziyalılar, məşhur şəxslər də var. Dələduzluqda təqsirləndirilərək mühakimə edilənlərin böyük əksəriyyəti onlara elan olunmuş ittihamla özlərini təqsirli bilmirlər. Bəziləri isə bu cinayətə maddi vəziyyətinin ağır olması, işsizlik ucbatından əl atdıqlarını deyirlər. Psixoloqların fikrincə, bu qəbildən olan insanların qarşısındakı şəxslərə psixoloji təsir etmək imkanları başqalarına nisbətən daha güclüdür.

Vəkil Fariz Namazlı virtualaz.org saytına açıqlamasında bəzilərinin bu cinayəti həyat tərzinə çevirdiklərini deyir: “Bəzən heç maddi sıxıntıya görə də etmirlər. Onu törədən şəxslər bunu həyat tərzinə çeviriblər. Ona görə də, bütün dələduzluq işlərində bunu maddi imkansızlıqdan etdiklərini demək doğru olmazdı”.

Vəkilin sözlərinə görə, dələduzların sayının artmasına səbəb onlara tətbiq edilən cəzanın sərt olmaması ilə bağlıdır: ”Məhkəmə dövründə vurulmuş zərər ödənilirsə, təqsirləndirlən şəxslərə şərti cəza təyin edilir. Bu da həmin şəxslərin yenidən dələduzluq etməsinin qarşısını almır, əksinə, onlar daha da şirniklənirlər”. “Dələduzlardan özünü qorumaq üçün zərərçəkənlər pullarını qanunsuz işlər görmək üçün kimsəyə verməsinlər”, - deyə vəkil əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı