Azərbaycan İdeyası

Azərbaycanda biabırçı məktəb binası - VİDEO

Tarix:3-08-2016, 10:31
Baxış Sayı:431

Azərbaycanda biabırçı məktəb binası - VİDEO
Bu məktəb qəzalı vəziyyətdədir

Yardımlı rayonu Qaraqaya kənd tam orta məktəbdə acınacaqlı mənzərə hökm sürür. Məktəb binası yararsız vəziyyətdədir və orada normal təhsil almaq üçün şərait yoxdur.
Kənd sakininin “Bizim Yol”-a göndərdiyi videogörüntüdən də göründüyü kimi, məktəb binasının divarında çatlar yaranıb, avadanlıqlar artıq yararsız vəziyyətdədir. Ban və döşəmə sıradan çıxıb. Pəncərə demək olar ki, yoxdur, qapı sınıq-sökük, partalar yaman gündədir.
Sakin bildirir ki, yararsız vəziyyətdə olan məktəb binası tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Çünki məktəblərdə verilən təhsilin keyfiyyəti qədər onun hansı şəraitdə verilməsi də önəmlidir.
Yardımlı rayonu Qaraqaya kənd tam orta məktəbin direktoru Sərvər Əliyev “Bizim Yol”-a açıqlamasında bildirdi ki, yeni məktəb binasının tikintisi 2014-cü ilin may ayından başlanıb: “Bizə məlum olmayan səbəblərdən hələ də məktəbin binası tikilib təhvil verilməyib.

Sakinlərdən biri icra başçısının qəbulunda olarkən məsələni qaldırıb. İcra başçısı da bildirib ki, məktəbin tikintisi 2017-ci ildə başa çatacaq”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı