Azərbaycan İdeyası

Azərbaycanlı Moskvada evakuatorla "Mercedes" oğurlamaq istədi

Tarix:4-08-2016, 10:35
Baxış Sayı:271

Azərbaycanlı Moskvada evakuatorla "Mercedes" oğurlamaq istədi
Moskvada polis evakuator vasitəsilə xarici markalı avtomobil oğurlamaqda şübhəli bilinən azərbaycanlını saxlayıb.

Virtualaz.org bildirir ki, bu barədə "Moskva" şəhər xəbərləri agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, Çeçenistandan olan vətəndaş Moskva polisinə müraciət edərək dəyəri təqribən 1 milyon rubl olan "Mercedes" markalı avtomobilini qorunmayan dayanacaqdan kiminsə oğurlamağa çalışması haqda məlumat verib və kömək istəyib.

Polis əməkdaşları hadisə yerində 37 yaşlı işsiz azərbaycanlını saxlayıblar. Mənbənin bildirdiyinə görə, azərbaycanlı Sivaşkaya küçəsi, ev 11-in qarşısına evakuator çağırıb və sürücünü avtomobilin özünə məxsus olmasına inandırıb.

Amma əməliyyatçılar ona niyyətini axıradək reallaşdırmağa imkan verməyiblər. Faktla bağlı cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı