Azərbaycan İdeyası

Yer kürəsi asteroid ilə TOQQUŞA BİLƏR

Tarix:5-08-2016, 10:25
Baxış Sayı:320

Yer kürəsi asteroid ilə TOQQUŞA BİLƏR
Amerika alimləri diametri 487 metr olan Bennu asteroidinin saatda yüz min kilometrdən böyük sürətlə Yer kürəsinə yaxınlaşdığını bildiriblər.

AZƏRTAC "Vista News" saytına istinadla xəbər verir ki, elm adamları bu göy cismi ilə toqquşma nəticəsində dünyanın tamamilə məhv ola biləcəyini söyləyirlər.

Mütəxəssislərin sözlərinə görə, toqquşma 2175-2196-cı illər arasında baş verə bilər. Proqnozların düz çıxacağı təqdirdə baş verən zərbənin gücünün üç milyard ton partlayıcı maddənin partlamasına bərabər olacağı bildirilir. Bennu asteroidinin öyrənilməsi üçün xüsusi zondun səmaya buraxılması gözlənilir.

Alimlər o zamanadək elmin bu böyüklükdə təhlükələrin qarşısını alacaq qədər inkişaf edəcəyinə ümid edirlər. Bu göy cismi hər altı ildən bir Yerin orbitini kəsib keçir və hər dəfə planetə bir az da yaxınlaşır. Alimlərin fikrincə, Bennu 2175-ci ildə Ay və Yerin arasından keçəcək ki, bu da toqquşmaya səbəb ola bilər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı