Azərbaycan İdeyası

Akif Çovdarov intihar edib?

Tarix:5-08-2016, 10:41
Baxış Sayı:421

Akif Çovdarov intihar edib?
Akif Çovdarovun Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında bir neçə gün öncə intihara cəhd etməsi barədə xəbər yayılıb. “Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun intihar etməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir”. Bu açıqlamanı Bizimyol.info saytının sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov verib.

Qeyd edək ki, 24saat.org saytı Akif Çovdarovun Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında bir neçə gün öncə intihara cəhd etməsi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, sabiq general kamerasında asılmış vəziyyətdə aşkarlanıb və dərhal xəstəxanaya yerləşdirilib. Məlumatda o da qeyd olunur ki, hadisə Kürdəxanı təcridxanasına yeni rəis təyin olunan gün baş verib.

Qeyd edək ki, bir neçə gün əvvəl 1 saylı İstintaq Təcridxanasının rəhbəri Azər Seyidov işdən çıxarılıb və hazırda təcridxananın rəisi vəzifəsini təcridxanaya yeni rəis müavini təyin edilmiş Rəşid Səfərov müvəqqəti icra edir.

Xatırladaq ki, ötən ilin sonlarında MTN ətrafında baş verən hadisələrdən sonra, bu qurumdakı bir çox vəzifəli şəxslə yanaşı, Akif Çovdarov da həbs edilib. A.Çovdarova vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, qanunsuz azadlıqdan məhrum etmə və digər maddələr üzrə ittiham irəli sürülərək barəsində həbs-qətimkan tədbiri seçilib. Akif Çovdarovla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Hazırda vəkillər və tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Tanışlıq mərhələsi başa çatandan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

Əlavə edək ki, ötən il dekabr ayında MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asmışdı. İntiharla bağlı rəsmi açıqlamada bildirlirdi ki, kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib