Azərbaycan İdeyası

Ailəsindən boşanan "KamAZ" sürücüsü qətlə yetirildi

Tarix:5-08-2016, 12:42
Baxış Sayı:354

Ailəsindən boşanan "KamAZ" sürücüsü qətlə yetirildi
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə avqustun 4-də rayonun Gödəkli kəndində qeydə alınıb. Rayon sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin meyiti kəndin kənarındakı avtomobil yolunun kənarında aşkarlanıb. Meyitin üzərinə baxış keçirilərkən onun üzərində xəsarətlər aşkarlanıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, qətlə yetirilən şəxs uzun müddət imiş ki "KamAZ" sürücüsü işləyirmiş. Bir müddət əvvəl isə ailə münaqişəsi zəminində boşanıbmış. Qətlə yetirilən gün onun evdən avtomobilsiz çıxdığı bildirilir. Qətl hadisəsinin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil.

Araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı