Azərbaycan İdeyası

27 bıçaq zərbəsi ilə öldürülən menecerin qətli - QİSAS CİNAYƏTİ

Tarix:6-08-2016, 22:23
Baxış Sayı:277

27 bıçaq zərbəsi ilə öldürülən menecerin qətli - QİSAS CİNAYƏTİ
Mərhumun həyat yoldaşı: “Qatilin nəfəsini başımın üstündə hiss edirdim”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə qətldə təqsirləndirilən Paşa Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirlib. Bizimyol.info xəbər verir ki, qətl hadisəsi ötən il dekabr ayında baş verib. "28 Mall" Ticarət Mərkəzində yerləşən "Next" mağazasının meneceri Vüsal Ələkbər oğlu Xəlilov Nizami rayonu Keşlə qəsəbəsində irayə qaldığı evdə 27 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub və cinayət onların gözü önündə törədilib. Cinayəti törətməkdə ittiham edilərək həbs edilən isə Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Paşa Qələndərov V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub. V.Xəlilov P.Qələndərovu işdən çıxarıb. Rəhbərinin bu hərəkətinə görə, o, V.Xəlilovdan qisas almaq qərarına gəlib.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən Vüsal Xəlilovun həyat yoldaşı Esmira Nəbiyeva ifadə verərək bildirib ki, hadisə zamanı Paşa ona yaxınlaşaraq "səni də öldürəcəm" desə də, xəsarət yetirməyib. “Mən yerə çöküb, əlimi başıma tutdum. Qatilin nəfəsini başımın üstündə hiss edirdim” – deyən E.Nəbiyeva hər şeyi məhkəmənin öhdəsinə buraxdığını vurğulayıb.

Paşa Qələndərov hadisəni törətdiyi üçün peşmançılıq keçirdiyini bildirib. "Belə bir hadisənin olmasını istəməzdim, onun ailəsi və uşaqları var idi. Heyif ki, peşmançılıq fayda vermir". Məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Növbəti proses avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Vüsal Xəlilov əslən Gəncə şəhərindədndir. Onun atası Ələkbər Xəlilov Gəncə Texnologiya Universitetində, anası isə Gəncədəki 44 saylı orta məktəbdə müəllimdir. Vüsalın özü ailəsi ilə Bakıya köçüb və "28 Mall" ticarət mərkəzində paltar ticarəti ilə məşğul olmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı