Azərbaycan İdeyası

Sankt-Peterburqda azərbaycanlını öldürdülər

Tarix:8-08-2016, 09:59
Baxış Sayı:344

Sankt-Peterburqda azərbaycanlını öldürdülər
Sankt-Peterburq vilayətinin Nevski rayonunda Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, avqustun 6-da gecə Podvoyski küçəsi, ev 16 ünvanında baş verən dava həmyerlimizin ölümü ilə nəticələnib.

Nevski rayonunda baş verən insident barədə məlumat polisə səhər saat 4 radələrində daxil olub. Kafe qarşısında söz çəkişməsi ilə başlayan dava zamanı tərəflərdən biri digərini bıçaqlayıb və hadisə yerindən qaçıb. Ölən şəxs 31 yaşlı azərbaycanlı olub.

Kriminalistlər onun meyiti üzərində ən azı 3 bıçaq yarası aşkar ediblər. İsti izlərlə axtarışa başlayan hüquq-mühafizə orqanları əməkdaşları şübhəli şəxsin İskrovski prospektində yerləşən evlərdən birində yaşadığını müəyyən ediblər. Səhər tezdən əvvəllər məhkum edilməyən 41 yaşlı peterburqlu tutulub.

Dindirilmə zamanı o bildirib ki, üzərinə üç qafqazlı hücum edib və o, müdafiə olunmaq məcburiyyətində qalıb. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı