Azərbaycan İdeyası

Bir gecədə üç mağaza qarət edilib - FOTO

Tarix:10-08-2016, 12:45
Baxış Sayı:401

Bir gecədə üç mağaza qarət edilib - FOTO
Abşeronda bir gecədə 3 mağaza qarət edilib. Criminal.az APA TV-yə istinadən bildirir ki, hadisə Abşeron rayonu, Gənclər şəhərciyində qeydə alınıb. Hər üç mağaza yeniyetmələr tərəfindən qarət edilib. Mağazaların yeniyetmələr tərəfindən qarət olunmasını təhlükəsizlik kamerası qeydə alıb.

Zərərçəkən ərzaq mağazasının sahibinin sözlərinə görə, oğrular bahalı siqaret və kassadan 600 manat nağd pul aparıblar. Sözü gedən ərazidə yerləşən tərəvəz mağazasının sahibi Kamil Şirinov da o gecənin zərərçəkənlərdəndir.

Onun sözlərinə görə, oğrular mağazanın dəmir barmaqlarında olan qıfılı qıraraq içəri daxil olublar: "Hadisə gecə saat 4-də baş verib. Qonşunun obyektinin kamerası çəkib. Cavan uşaqlardır 15-16 yaşında. Biri lap balacadır, təxminən 12-13 yaşı olar" Oğrular bununla da kifayətlənməyərək yaxınlıqdakı uşaq aləmi mağazasını da qarət ediblər.

Sözü gedən oğurluq hadisələri ilə bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.
Bir gecədə üç mağaza qarət edilib - FOTO
Bir gecədə üç mağaza qarət edilib - FOTO
Bir gecədə üç mağaza qarət edilib - FOTO
Bir gecədə üç mağaza qarət edilib - FOTO

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı