Azərbaycan İdeyası

Ərini həbs etdilər: Qadın özünü doğradı

Tarix:17-08-2016, 11:04
Baxış Sayı:366

Ərini həbs etdilər: Qadın özünü doğradı
Şəkidə 25 yaşlı qadın ərinin həbsinə etiraz olaraq intihara cəhd edib.

Criminal.az APA-ya istinadən xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün səhər saat 09:30 radələrində Şəki şəhəri M. Əliyev keçəsi ev, 21 ünvanında yaşayan Səyyarə Firuddin qızı Cəfərova sol qolun bilək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.

Müayinəsi zamanı biləyində 4 paralel və uzunluğu 5-6 sm kəsilmiş yarası olan S. Cəfərova bildirib ki, ötən gün əri həbs edildiyi üçün kəsici alətlə intihar etmək məqsədi ilə biləyini kəsib. S. Cəfərovanın yaraları cərrahi yolla işləndikdən sonra evə buraxılıb. Rayonun hüquq-mühafizə orqanlarından verilən məlumatda S. Cəfərovanın ərinin tutulmasına etiraz olaraq intihara cəhd etməsi faktı təsdiqlənib.

Bildirilir ki, S. Cəfərovanın əri 1987-ci il təvəllüdlü Tural Şəhriyar oğlu Musayev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə ötən gün Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan tiryək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı